“Turan Tovuz” iki futbolçu ilə yollarını ayırdı

“Turan Tovuz” iki futbolçu ilə yollarını ayırdı

Hazırda oxunan: “Turan Tovuz” iki futbolçu ilə yollarını ayırdı

138807

Premyer Liqada mövsümü 6-cı pillədə başa vuran "Turan Tovuz"da ayrılıqlar gerçəkləşib.  

Klubun mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, qərb bölgəsi təmsilçisi iki futbolçu ilə yollarını ayırıb.  

Bunlar cinah müdafiəçisi Ben Aziz Dao və yarımmüdafiəçi Henri Okebuqvudur. Hər iki oyunçunun başa çatan müqaviləsinin müddəti uzadılmayıb. 

Qeyd edək ki, "Turan Tovuz" bu futbolçuları mövsümün əvvəlində heyətinə qatmışdı. Ben Aziz Dao komandanın heyətində 9 Premyer Liqa matçında meydana çıxıb. Henri Okebuqvu isə "Turan Tovuz" forması ilə keçirdiyi 18 oyunda 1 qol vurub. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO