Daha 3 taekvondoçumuzun dünya çempionatındakı rəqibləri BƏLLİ OLDU 

Daha 3 taekvondoçumuzun dünya çempionatındakı rəqibləri BƏLLİ OLDU 

Hazırda oxunan: Daha 3 taekvondoçumuzun dünya çempionatındakı rəqibləri BƏLLİ OLDU 

138786

Bakıda keçirilən dünya çempionatının üçüncü günündə daha 3 dəst medal sahibini tapacaq.  

Bizim.Media xəbər verir ki, mayın 31-də keçiriləcək kişi taekvondoçular arasında 80 kq və 87 kq, qadınlarda 49 kq çəki dərəcəsində mübarizə aparacaq idmançılar üçün püşkatma mərasimi olub.  

Püşkə əsasən Azərbaycan millisinin üzvü Əliəskər Əliyev (80 kq) mundialda ilk görüşünü 1/16 final mərhələsi çərçivəsində Ababakar Soumare (Seneqal) – Teddi Opoya Lessakola (Qabon) cütünün qalibinə qarşı keçirəcək. 87 kq çəkidə dayanq üzərinə çıxacaq Taleh Süleymanov da mübarizəyə 1/16 finaldan qoşulacaq.  

O, debüt döyüşündə Manuel Pollet (Belçika) – Laurentiu Snakov (Rumıniya) cütünün güclüsü ilə qüvvəsini sınayacaq. Patimat Abakarova (49 kq) da ilk mərhələdən azaddır. O, 1/16 finalda Çina Murakami (Yaponiya) – Jenna Ylonen (Finlandiya) görüşünün qalibini sınağa çəkəcək.
Mayın 31-də döyüşlər saat 09:00-da başlayacaq. Dünya çempionatı iyunun 4-də başa çatacaq. 

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO