“Turan Tovuz”da gərginlik: Legionerlər rayonda qalmaq istəmir – ÖZƏL

“Turan Tovuz”da gərginlik: Legionerlər rayonda qalmaq istəmir – ÖZƏL

Hazırda oxunan: “Turan Tovuz”da gərginlik: Legionerlər rayonda qalmaq istəmir – ÖZƏL

138390

“Turan Tovuz”un bu mövsüm inamlı oyunu Premyer Liqada bir çoxlarını təəccübləndirib. Ancaq komandanın hazırkı heyətini saxlamaq çətin olacaq. 

Bizim.Media-nın əldə etdiyi məlumata görə, klub daxilində gərginlik müşahidə olunur. Bunun da əsas səbəbi heyətdəki legionerlərin bir çoxunun komandadan getmək istəməsi ilə əlaqədardır.

Burada söhbət təkcə maddi amildən getmir. Düzdür, legionerlərin bir çoxuna digər klublardan sərfəli təkliflər gəlib.

Ancaq əsas məsələ əcnəbilərin əyalətdə qalmaq isməməsidir. Rayon mühitində özlərini rahat hiss etməyən futbolçular şəhər təmislçisində oynamaq istəyirlər. Ona görə də onların bir çoxunun “Turan Tovuz”da qalmaq ehtimalı çox azdır. Ancaq “Turan Tovuz” rəhbərliyi də boş oturmaq fikrində deyil. Onlar futbolçuları yola gətirmək üçün hətta komandanın məşqlərini Bakıda keçirməsi ilə bağlı planlar qurur.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO