Azərbaycan Basketbol Liqasının (ABL) "Sabah" və "Gəncə" komandaları arasında final seriyasının üçünçü oyunu baş tutub.
Bizim.Media xəbər verir ki, xalaxal prinsipi ilə davam edən oyunun yekununda "Sabah" komandası 93-90 hesabı ilə, "Gəncə" basketbolçularına qalib gəlib.
Bu qələbə ilə "Sabah" seriyadakı hesabda (2-1) önə keçib. Final seriyasının dördüncü oyunu 26 may saat 19:30-da baş tutacaq.
Ən məhsuldar basketbolçular: "Sabah BK" ( Kalin Kreyn - 19 xal, 5 ribaund), "Gəncə BK" ( Cordan Endryus - 24 xal, 5 ribaund ).
Rəşad Rafiqoğlu, Bizim.Media