Qurban Qurbanov beynəlxalq mükafatı QAZANDI  

Qurban Qurbanov beynəlxalq mükafatı QAZANDI  

Hazırda oxunan: Qurban Qurbanov beynəlxalq mükafatı QAZANDI  

137675

“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Beynəlxalq Ədalətli Oyunlar Komitəsi Şurası tərəfindən yüksək mükafata –“Jean Borotra - Karyera” kateqoriyasında dünya ədalətli oyunlar diplomuna layiq görülüb.   

Bizim.Media-ya Azərbaycan İdman Jurnalistləri Assosiasiyasından bildirilib ki, Ağdam təmsilçisinin baş məşqçisi 2022-ci ildə idman dünyasında ədalətli oyunun təşviqi sahəsində nümunəvi nailiyyətlərin tanınmasına görə təltif olunacaq.   

Eyni zamanda  Beynəlxalq Ədalətli Oyunlar Komitəsi Şurasının prezidenti Jenö Kamuti AİJA vasitəsilə baş məşqçiyə məktub göndərib.  

Xatırladaq ki,  Qurban Qurbanov bu mükafata ötən il fevralın 24-də UEFA Konfrans Liqasının 1/16 final mərhələsinin "Qarabağ" - "Marsel" oyunundakı ədalətli jestinə görə layiq görülüb. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO