İsrailli gimnastlar Bakıda qızıl medal qazandılar - FOTO

İsrailli gimnastlar Bakıda qızıl medal qazandılar - FOTO

Hazırda oxunan: İsrailli gimnastlar Bakıda qızıl medal qazandılar - FOTO

137159

İsrailin qrup hərəkətləri komandası Bakıda keçirilən bədii gimnastika üzrə 39-cu Avropa çempionatında beş halqa ilə final yarışında birinci olub.

Bizim.Media xəbər verir ki, israilli gimnastların çıxışı 35,800 xalla qiymətləndirilib. Bolqarıstan komandası 35,250 xalla yarışı ikinci, İtaliya kollektivi isə 34,950 xalla üçüncü pillədə başa vurublar.

Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət Azərbaycan komandası 32,800 xalla səkkizinci yeri tutub.
“Ulduz kimi parla” şüarı ilə keçirilən qitə çempionatında 38 ölkədən 315 gimnast (böyüklər – 191, gənclər 124) mübarizə aparır.

Xatırladaq ki, gənclərdən ibarət qrup komandamız çempionatın birinci günündə çoxnövçülükdə və beş topla yarışlarda bürünc medal qazanıb. Böyüklərdən ibarət komandamız da çoxnövçülükdə üçüncü olub. Gimnastımız Zöhrə Ağamirova top ilə yarışda bürünc mükafata layiq görülüb.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO