Bakıda Avropa çempionatı sona yaxınlaşır - 315 gimnast mübarizə aparır

Bakıda Avropa çempionatı sona yaxınlaşır - 315 gimnast mübarizə aparır

Hazırda oxunan: Bakıda Avropa çempionatı sona yaxınlaşır - 315 gimnast mübarizə aparır

137121

Bakıda bədii gimnastika üzrə 39-cu Avropa çempionatının sonuncu gününə start verilib.

Bizim.Media xəbər verir ki, çempionatın sonuncu günündə gimnastlar fərdi proqramda ayrı-ayrı alətlər, qrup hərəkətləri komandaları isə beş halqa, üç lent və iki topla final mərhələsində çıxış edəcəklər.
 

MÖVZU İLƏ BAĞLI:

Bu gün Bakıda Avropa çempionatına yekun vurulacaq


Əvvəlcə fərdi gimnastlar arasında lent, gürzlər, halqa və top ilə final yarışlarında qaliblər bəlli olacaq. Bu mərhələdə ölkəmizi Zöhrə Ağamirova təmsil edəcək.

Qrup hərəkətləri yarışlarında isə Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət kollektiv iki proqramda xalça üzərinə çıxacaq.

“Ulduz kimi parla” şüarı ilə keçirilən qitə çempionatında 38 ölkədən 315 gimnast (böyüklər – 191, gənclər 124) mübarizə aparır.

Xatırladaq ki, gənclərdən ibarət qrup komandamız çempionatın ilk günündə çoxnövçülükdə və beş topla yarışlarda bürünc medal qazanıb. Böyüklərdən ibarət komandamız da çoxnövçülükdə üçüncü olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO