WBA, IBF və WBO versiyası üzrə superağır çəkidə dünya çemoionu olan Aleksandr Usik karyerasını yekunlaşdırmaq planlarından danışıb.
Bizim.Media xəbər verir ki, ukraynalı boksçu mütləq dünya çempionu olduqdan sonra boksdan ayrılmaq istəmir:
“Komanda ilə birgə konkret hədəfim var və biz birgə buna doğru getməyə çalışırıq. Bəli, hədəf mütləq çempionluqdur. Görək, sonra nə olacaq?! Amma karyeramı bitirsəm belə boksu həyatımdan çıxartmayacam. Hazırda boksun dünya üzrə problemlərini aradan qaldırmaq və bu oyunun təbliğatını aparmaq məqsədilə “Ready to Fihgt” layihəsini inkişaf etdiririk. Məhz bunu nəzərə alıb uzun müddət boksun içində olacam. İnanıram, hər şey alınacaq”.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
23:59 / 18.05.2023
Tanınmış boksçu karyerasını bitirmək istəmir
Hazırda oxunan: Tanınmış boksçu karyerasını bitirmək istəmir
Hazırda oxunan: Tanınmış boksçu karyerasını bitirmək istəmir
136765
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.