Futzal üzrə Yüksək Liqada 2022/23 mövsümünə yekun vurulub.
Bizim.Media xəbər verir ki, çempionu müəyyənləşdirən final matçında "Araz Naxçıvan" və "Neftçi" üz-üzə gəlib.
Rəqibini 4:1 hesabı ilə məğlub edən "Araz Naxçıvan" 29-cu ölkə çempionatının qalibi olub.
Bununla da Naxçıvan təmsilçisi yeni mövsümdə ölkəmizi UEFA Çempionlar Liqasında təmsil etmək hüququ qazanıb. "Araz Naxçıvan" tarixində 17-ci dəfə Azərbaycan çempionu olub.
Qeyd edək ki, ölkə çempionatında bürünc medala "Baku Fire" sahib çıxıb.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
22:20 / 15.05.2023
“Araz Naxçıvan” növbəti dəfə ölkə çempionu oldu
Hazırda oxunan: “Araz Naxçıvan” növbəti dəfə ölkə çempionu oldu
Hazırda oxunan: “Araz Naxçıvan” növbəti dəfə ölkə çempionu oldu
136158
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.