Agenti Kadinin son durumundan danışdı

Agenti Kadinin son durumundan danışdı

Hazırda oxunan: Agenti Kadinin son durumundan danışdı

135320

Helsio Alisk agenti olduğu "Krasnodar"ın yarımmüdafiəçisi Kadi Borgesin son durumu haqda danışıb. 

Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, o deyib:

“Əməliyyatdan sonra Kadinin vəziyyəti yaxşıdır. Ancaq onun nə vaxt meydana qayıda biləcəyi ilə bağlı heç bir məlumatımız yoxdur”. 

Xatırladaq ki, Kadi "Spartak”la Premyer Liqa matçında rəqibin yarımmüdafiəçisi ilə toqquşub. Bundan sonra  Kadi huşunu itirib. Dili qatlanan futbolçuya rəqibin kapitanı Cikia yardım edib.  
Epizoddan sonra özünə gələn Kadi 51-ci dəqiqədə elektromobillə meydandan çıxarılıb. Daha sonra o, təcili-tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Beyni silkələnən futbolçunun üz sümüyündə sınıq da aşkarlanıb. O, bu mövsüm "Krasnodar"a kömək etməyəcək. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO