“Beşiktaş” Bakıya əsas heyətlə gəlir

“Beşiktaş” Bakıya əsas heyətlə gəlir

Hazırda oxunan: “Beşiktaş” Bakıya əsas heyətlə gəlir

135269

“Sabah”la xeyriyyə matçında qarşılaşacaq “Beşiktaş” Bakıya əsas heyətlə gələcək.

Bizim.Media xəbər verir ki, İstanbul klubu ölkəmizdə komandaya olan diqqəti nəzərə alaraq hansısa futbolçunu Super Liqa matçları üçün qorumağı lazım bilməyib.  

Təbii ki, kimlərin meydana çıxacağına, hansı futbolçunun neçə dəqiqə oynayacağına baş məşqçi Şenol Günəş qərar verəcək. Amma onun bütün ulduzlarını ölkəmizə gətirəcəyi dəqiqdir.

Qeyd edək ki, mayın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 18:00-da başlayacaq. Matçdan əldə edilən bütün gəlir Türkiyədə zəlzələdən zərər görmüş insanlara göndəriləcək. Qarşılaşma üçün nəzərdə tutulan biletlərin əksəriyyət indidən satılıb. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO