Badmintonçumuz beynəlxalq turnirdə gümüş medal qazandı

Badmintonçumuz beynəlxalq turnirdə gümüş medal qazandı

Hazırda oxunan: Badmintonçumuz beynəlxalq turnirdə gümüş medal qazandı

135096

Edi Reski Dviçayo “International” seriyalı “YONEX Luxembourg Open 2023” turnirində gümüş medal qazanıb.

Bizim.Media xəbər verir ki, badmintonçumuz Edi Reski Dviçayo Lüksemburqda keçirilən beynəlxalq turnirdə uğurlu çıxışla yadda qalıb.

Mübarizəyə əsas mərhələdən başlayan Edi ilk görüşündə polşalı Mikolaj Szimanovskiyə 2:0 (21-6,21-19) hesabı ilə qalib gəlib.

Edi növbəti görüşündə avstriyalı Gnedt Volfqanqı mübarizədən kənarlaşdırıb-2:0 (21-16,21-17).

Badmintonçumuz yarımfinal uğrunda keçirilən qarşılaşmada Almaniya təmsilçisi Mattias Kicklitzi 2:0 (21-10,21-10) məğlub edib. Üç set davam edən, gərgin və maraqlı mübarizə şəraitində keçən yarımfinal görüşündə isə badmintonçumuzun rəqibi indoneziyalı Krişna Adi Nugraha olub. Rəqibinə 2:1 (21-17,10-21,21-19) hesabı ilə qalib gələn Edi yalnız finalda uduzub.
Həlledici görüşdə hindistanlı Sankar Muthusamuyə 0:2 (11-21,19-21) hesabı ilə məğlub olan Edi Reski Dviçayo turnirin gümüş medalını qazanmaqla yanaşı, hesabına 2130 reytinq xalı əlavə edib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO