“Beşiktaş” klubunun Bakıya səfər proqramı açıqlandı

“Beşiktaş” klubunun Bakıya səfər proqramı açıqlandı

Hazırda oxunan: “Beşiktaş” klubunun Bakıya səfər proqramı açıqlandı

135024

“Sabah” futbol klubu ilə xeyriyyə matçında qarşılaşacaq Türkiyənin “Beşiktaş” komandasının Bakıya səfər proqramı açıqlanıb.

Bizim.Media xəbər verir ki, İstanbul təmsilçisi Bakıya oyun günü - mayın 13-də gələcək. Komandanı gətirəcək təyyarə Bakı vaxtı ilə saat 16:00-da havaya qalxacaq.

Türkiyə təmsilçisi “Hilton” hotelində məskunlaşacaq. Super Liqa təmsilçisi oyundan dərhal sonra Türkiyəyə qayıdacaq.

Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq qarşılaşmaya saat 18:00-da start veriləcək. Matçdan əldə edilən bütün gəlir Türkiyədə zəlzələdən zərər görmüş insanlara göndəriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO