Ozobiçə daha bir təklif

Ozobiçə daha bir təklif

Hazırda oxunan: Ozobiçə daha bir təklif

135017

“Qarabağ”dan ayrılacağı gözlənilən Filip Ozobiç daha bir təklif alıb.  

Bizim.Media xəbər verir ki, 2018-ci ildən «Qarabağ»ın şərəfini qoruyan yarımmüdafiəçi bu dəfə «Sabah»la təmasa keçib.  

Tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanan Masazır təmsilçisi «Neftçi» və «Zirə»nin də xidmətində maraqlı olduğu xorvatiyalı orta sahə oyunçusuna 2 illik anlaşma təklif edib. Ozobiç cari mövsümü demək olar boşa verib. Tez-tez zədələndiyi üçün əsas heyətdəki yerini itirib.

“Köhlən atlılar” AFFA tərəfindən milliləşdirilən legionerə bu üzdən yeni müqavilə irəli sürməyib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO