Premyer Liqa: “Səbail” sonuncu pillədən qurtuldu

Premyer Liqa: “Səbail” sonuncu pillədən qurtuldu

Hazırda oxunan: Premyer Liqa: “Səbail” sonuncu pillədən qurtuldu

134818

Azərbaycan Premyer Liqasında XXXIII tur davam edir.

Bizim.Media xəbər verir ki, bu gün daha iki oyun keçirilib.

Autsayder “Səbail” “Sumqayıt”ın qonağı olub. Qarşılaşmada hesabı ev sahibləri açıblar. 36-cı dəqiqədə Todor Todoroski fərqlənib. Lakin qonaqlar son 20 dəqiqədə matçı çevirməyə müvəffəq olublar. Matiya Lyuyiç 4 dəqiqə ərzində (70, 73) dubl edib. Franko Mazurek isə 89-cu dəqiqədə görüşdə son nöqtəni qoyub.

Nəticədə 3:1 hesablı qələbə qazanan “Səbail” xallarının sayını 25-ə yüksəldib və sonuncu pillədən qurtulub. Səkkizinci yerdəki “Sumqayıt” isə 28 xala malikdir.

Yerli “Turan Tovuz” isə “Neftçi”ni 4:0 hesabı ilə məğlub edərək xallarının sayını 35-ə çatdıraraq, Premyer Liqadakı yerini təmin edib. Bürünc mükafat qazanacağı öncədən rəsmiləşən “Neftçi” isə 61 xalda qalıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Sabah” “Kəpəz”i, “Zirə” “Şamaxı”nı səfərdə 3:0 hesabı ilə məğlub edib. Tura mayın 8-də keçiriləcək “Qarabağ” – “Qəbələ” görüşü ilə yekun vurulacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO