Rəşad Sadıqov “Zirə” ilə yeni müqavilə İMZALAYIR 

Rəşad Sadıqov “Zirə” ilə yeni müqavilə İMZALAYIR 

Hazırda oxunan: Rəşad Sadıqov “Zirə” ilə yeni müqavilə İMZALAYIR 

134697

Rəşad Sadıqov “Zirə”dəki fəaliyyətini davam etdirəcək. 

Bizim.Media xəbər verir ki, Misli Premyer Liqasının 33-cü turunda “Şamaxı”ya qarşı keçirilən oyundan (3:0) sonra təcrübəli mütəxəssis mövsümün sonunda başa çatacaq müqaviləsini yeniləyəcəyini bildirib. 

“Həftə arası rəhbərliklə görüşümüz oldu. Müqavilənin uzadılmağı ilə bağlı ilk dəfə yanvarda görüş keçirmişdik. Həmin vaxt özüm istəmişdim ki, bu barədə yayda müzakirə aparaq. İndi belə qərar qəbul etdik ki, əməkdaşlığımızı davam etdirək və daha da keyfiyyətli komanda formalaşdıraq.
Mən də istəyirəm ki, Konfrans Liqasına gedək. Bu il Konfrans Liqası şansını kubokun 1/4 finalında əldən vermişdik. Gələn il daha güclü "Zirə" olması üçün əlimizdən gələni edəcəyik”, - deyə Rəşad Sadıqov qeyd edib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO