Birinci divizionda çempion müəyyənləşdi

Birinci divizionda çempion müəyyənləşdi

Hazırda oxunan: Birinci divizionda çempion müəyyənləşdi

134366

Azərbaycan 1-ci divizionunda çempion müəyyənləşib. 

Bizim.Media xəbər verir ki, “Araz Naxçıvan” tarixində 2-ci dəfə aşağı dəstənin qalibi olub. 

Səfərdə "Qaradağ Lökbatan"ı iki cavabsız qolla məğlub edən komanda  çempionluğunu rəsmiləşdirib. Muxtar respublika təmsilçisi sona 3 tur qalmış ən yaxın izləyicisi "Neftçi-2"ni 11 xal qabaqlayır. 

2013/14 mövsümündəki uğurunu təkrarlayan “Araz Naxçıvan” birindi divizionda (əvvəl birinci dəstə adlanıb) iki dəfə çempion olan 5-ci komandadır. Bunadək MOİK, “Neftçala”, “Qaradağ Lökbatan” və “Turan Tovuz” da iki uğura imza atıb. 

Lisenziyalaşdırma tələblərinə cavab versə, “Araz Naxçıvan” növbəti mövsüm Premyer Liqada çıxış edəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO