“Qarabağ” bu futbolçu üçün “Trabzonspor”a təklif göndərdi

“Qarabağ” bu futbolçu üçün “Trabzonspor”a təklif göndərdi

Hazırda oxunan: “Qarabağ” bu futbolçu üçün “Trabzonspor”a təklif göndərdi

133754

"Qarabağ" hücumçu Fode Koyta üçün "Trabzonspor"a yenidən təklif göndərib.  

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 

Ağdam təmsilçisi mövsümün əvvəlindən maraqlandığı  33 yaşlı forvardın keçidini yayda tamamlamağı planlaşdırır. "Trabzonspor" icarə əsasında "Kasımpaşa"da çıxış edən qvineyalı futbolçunu  satmaq istəyir.  
Qeyd edək ki, Fode Koytanın "Trabzonspor"la müqaviləsi 2024-cü ilin yayına kimidir.

Qvineya millisinin üzvü cari mövsümdə icarə əsasında çıxış etdiyi "Kasımpaşa"nın heyətində meydana çıxdığı 11 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. 

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO