Voleybol üzrə “Heydər Əliyev” kubokuna START VERİLDİ - FOTO 

Voleybol üzrə “Heydər Əliyev” kubokuna START VERİLDİ - FOTO 

Hazırda oxunan: Voleybol üzrə “Heydər Əliyev” kubokuna START VERİLDİ - FOTO 

132769

Bu gün qadın və kişi voleybolçular arasında “Heydər Əliyev kuboku”na start verilib.

Bizim.Media xəbər verir ki, ümumilikdə 13 komandanın mübarizə apardığı yarışın ilk günü oyunlar iki arenada təşkil olunub.  

Qadınların yarışında “Ryuga”, Murov-2”, “Xarı bülbül Şuşa”, UNEC, “Azərreyl”, “Abşeron”, “Murov”, kişilərin mübarizəsində isə “Təhsil”, “Xarı bülbül-2 Şuşa”, MOİK, “Murov”, “Neftçi”, “Xarı bülbül Şuşa” kollektivləri çıxış edirlər.  
Olimpiya sistemi ilə keçirilən və 4 gün davam edəcək yarışın ilk günündə məğlub olan komandalar kubok uğrunda mübarizəni dayandırıblar.

Günün nəticələrinə görə kişilərin mübarizəsində "Murov" və MOİK yarımfinala yüksəliblər. “Hərbi İnstitut” və “Express” komandaları müəyyən səbəblərdən son anda mübarizəyə qoşulmadıqlarına görə “Neftçi” və “Xarı bülbül Şuşa” klubları reqlamentə uyğun olaraq mübarizəyə birbaşa yarımfinaldan başlayacaqlar. 

Qadınların yarışında isə "Abşeron", "Azərreyl" və UNEC növbəti mərhələyə adlayıblar. “Azərreyl-2” müəyyən səbəblərdən turnirdə iştirak etmədiyi üçün "Murov" klubu reqlamentə uyğun olaraq birbaşa yarımfinal mərhələsindən mübarizəyə qoşulacaq. 

Oyunlardan sonra yarımfinal mərhələsinin püşkü atılıb. Aprelin 26-da və 27-də Voleybol Mərkəzində baş tutacaq yarımfinalda ilk gün qadınlar, növbəti gün isə kişilər finalçıları müəyyən edəcəklər. 
Beləliklə, aprelin 26-da saat 14:00-da "Abşeron” - “Murov” ardınca, saat 16:00-da isə “Azərreyl” - UNEC qarşılaşmaları baş tutacaq. 

Kişi voleybolçuların yarımfinal mərhələsində saat 16:00-da meydançaya “Xarı bülbül Şuşa” - “Neftçi” , iki saat sonra isə “Murov” və  MOİK cütləri çıxacaqlar. 

Oyunların nəticələri 

25.04.2023 

Qadınlar 

“Ryuga” - “Abşeron” 0:3  

“Murov-2” - “Azərreyl” 0:3 

“Xarı bülbül Şuşa” - UNEC 0:3 

25.04.2023 

Kişilər 

“Xarı bülbül-2 Şuşa” - “Murov” 0:3 

“Təhsil” - MOİK 2:3












Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO