“Beşiktaş”ın liderlərindən biri “Qalatasaray”la oyunu buraxacaq

“Beşiktaş”ın liderlərindən biri “Qalatasaray”la oyunu buraxacaq

Hazırda oxunan: “Beşiktaş”ın liderlərindən biri “Qalatasaray”la oyunu buraxacaq

132384

Türkiyənin "Beşiktaş" klubunun heyətində ciddi itki baş verib. 

Bizim.Media xəbər verir ki, İstanbul təmsilçisinin futbolçusu Raşid Qezzal sıradan çıxıb. Super Liqanın 30-cu turunun "Ümraniyespor"la matçında (2:0) qasıq nahiyəsindən zədə alan əlcəzairli futbolçu bir həftə məşqlərdən uzaq qalacaq. Təcrübəli oyunçu 31-ci turun "Qalatasaray"la oyununda komandasına kömək edə bilməyəcək. İstanbul derbisi 30 aprel tarixində Bakı vaxtilə saat 21:00-da baş tutacaq.

Qeyd edək ki, "Beşiktaş" Raşid Qezzalı 2020-ci ilin oktyabr ayında "Lester Siti"dən transfer edib. 31 yaşlı vinger cari mövsümdə "qara qartallar"ın heyətində meydana çıxdığı 11 matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO