Bu gün Avropa çempionatı 4 güləşçimiz medal görüşünə çıxıb.
Bizim.Media xəbər verir ki, onlardan 3-ü qızıl medal üçün mübarizə aparıb.
MÖVZU İLƏ BAĞLI:
Daha iki güləşçimiz Avropa çempionatının FİNALINDA
İkiqat Avropa çempionu Eldəniz Əzizli (55 kq) finalda Adem Uzunla qarşılaşıb və rəqibinə uduzaraq gümüş medalla kifayətlənib. Taleh Məmmədov (63 kq) həlledici görüşdə Leri Abuladzeyə (Gürcüstan) uduzub.
Sabah Şəriəti (130 kq) finalda Rza Kayaalpa (Türkiyə) məğlub olub.
İslam Abbasov (87 kq) isə bürünc medal uğrunda görüşdə Laşa Qobadzeyə (Gürcüstan) uduzub.
Rəşad Rafiqoğlu, Bizim.Media