Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət qrup hərəkətləri üzrə komandamız Bakıda təşkil olunan bədii gimnastika üzrə dünya kuboku yarışlarının finalına yüksəlib.
Bizim.Media xəbər verir ki, komandamızın təsnifat mərhələsində 5 halqa ilə çıxışı hakimlər tərəfindən 33,500 xalla qiymətləndirilib.
Ümumi sıralamada üçüncü olan komandamız həlledici mərhələyə adlayıb. Təsnifat mərhələsində Çin 37,100 xalla birinci, İsrail kollektivi 36,100 xalla ikinci olub. Beş halqa ilə yarışın final mərhələsi aprelin 23-də keçiriləcək.
Üç gün ərzində baş tutacaq yarışda gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə yarışacaqlar. Ənənəyə uyğun olaraq, yarışda ən çox icra xalını toplamış gimnast və qrup komandasına “AGF Trophy” kuboku təqdim olunacaq.
Qeyd edək ki, bu, ölkəmizdə bədii gimnastika üzrə təşkil olunan onuncu dünya kuboku yarışlarıdır. Paytaxtımız 2005-ci və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına ev sahibliyi edib.
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
00:14 / 22.04.2023
Gimnastlarımız Bakıdakı dünya kubokunun finalına çıxıb - FOTO
Hazırda oxunan: Gimnastlarımız Bakıdakı dünya kubokunun finalına çıxıb - FOTO
Hazırda oxunan: Gimnastlarımız Bakıdakı dünya kubokunun finalına çıxıb - FOTO
132152
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.