Ukrayna klubunun üzvü: “Neftçi”dən təklif almamışam” 

Ukrayna klubunun üzvü: “Neftçi”dən təklif almamışam” 

Hazırda oxunan: Ukrayna klubunun üzvü: “Neftçi”dən təklif almamışam” 

131885

Ukraynanın “Aleksandriya” klubunda çıxış edən Emil Mustafayev “Neftçi”yə keçəcəyi ilə bağlı xəbərlərə münasibət bildirib.  

Bizim.Media xəbər verir ki, gənc oyunçu Bakı təmsilçisindən təklif almadığını bildirib: 

“Rəsmi olaraq heç bir şey yoxdur. Sadəcə, xəbərlər var. Mən “Neftçi”dən təklif almamışam, hər hansı məktub, dəvət gəlməyib. Azərbaycan çempionatını izləyirəm, matçların videoicmallarına baxıram. Ümumiyyətlə, Azərbaycandan heç bir təklif almamışam. Bütün diqqətim “Aleksandriya”dadır”. 
Qeyd edək ki, Emil Mustafayev “Aleksandriya”nın yetirməsidir. 21 yaşlı oyunçunun klubla müqaviləsi yayda başa çatacaq. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO