Türkiyə Superliqasında növbəti məşqçi istefası

Türkiyə Superliqasında növbəti məşqçi istefası

Hazırda oxunan: Türkiyə Superliqasında növbəti məşqçi istefası

131784

Türkiyə Super Liqasında mövsümün növbəti baş məşqçi istefası gerçəkləşib.  

Bizim.Media xəbər verir ki, "Ümraniyespor" Recep Uçarla yollarını ayırıb. Bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.  

47 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib. Recep Uçar 2020-ci ilin oktyabr ayından "Ümraniyespor"un baş məşqçisi idi. Komanda onun rəhbərliyi altında Super Liqaya yüksəlmişdi.  
Qeyd edək ki, 30 turdan sonra 23 xal toplayan "Ümraniyespor" Super Liqada turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO