Prezident İlham Əliyevin Ermənistanın paytaxtı İrəvandakı Avropa çempionatında medal qazanmış Türkiyə ağırlıqqaldıranları Cansu Bektaş və Qamze Altunun Azərbaycana dəvət olunması ilə bağlı tapşırığının icrasına dərhal başlanılıb.
Bu barədə Bizim.Media-ya Azərbaycan Gənclər və İdman Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
MÖVZU İLƏ BAĞLI:
İrəvanda medal qazanan Türkiyə idmançıları Azərbaycana DƏVƏT OLUNUR
Bildirilib ki, hər iki xanım idmançıya rəsmi dəvət göndərilib:
“Hazırda onların Azərbaycana səfəri ilə bağlı danışıqlar aparılıb”.
Qeyd edək ki, Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında Cansu Bektaş qızıl, Qamze Altun isə gümüş medal qazanmışdı. Onlar medallarını Azərbaycana həsr ediblər.
Buna səbəb İrəvandakı açılış mərasimində Azərbaycan bayrağının yandırılması və bundan sonra millimizin yarışdan imtina edərək vətənə qayıtması idi.
Ölkə başçısı Azərbaycan Televiziyasına müsahibəsində gənclər və idman naziri Fərid Qayıbova C.Bektaşı və Qamze Altunu ölkəmizə dəvət etməsi barədə tapşırıq verdiyini açıqlamışdı.
Bizim.Media