Azərbaycanlı məşqçi iş yerini dəyişdi

Azərbaycanlı məşqçi iş yerini dəyişdi

Hazırda oxunan: Azərbaycanlı məşqçi iş yerini dəyişdi

131487

Azərbaycanlı məşqçi Nazim Süleymanov Rusiyanın “Ximki” klubundakı iş yerini növbəti dəfə dəyişib.  

Bizim.Media xəbər verir ki, 58 yaşlı mütəxəssis yenidən bu klubun U-19 komandasının baş məçqçisi təyin olunub. 

Süleymanov daha öncə “Ximki”də məhz U-19-a rəhbərlik edirdi. Lakin o, 2022-ci ilin sentyabrında U-19-dan ayrılmış və klubun əvəzedici komandasının baş məşqçisi təyin olunmuşdu. Rəhbərlik yenidən bu iki komandanın baş məşqçi postunda dəyişiklik etmək qərarına gəlib.  
Süleymanovu U-19-a qaytaran “Ximki” rəhbərliyi əvəzedici komandaya da Rinat Bilyaletdinovu baş məşqçi təyin edib. 

“Ximki”nin prezidenti azərbaycanlı Tufan Sadıqovdur. Onun oğlu İlya Sadıqov klubun əsas komandasında forma geyinir. Bu komandada digər azərbaycanlı futbolçu Ayaz Quliyev də çıxış edir. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO