Ançelotti:

Ançelotti: "Real" Çempionlar Liqasının kralıdır"

Hazırda oxunan: Ançelotti: "Real" Çempionlar Liqasının kralıdır"

131336

"Real"ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının 1/4 finalında "Çelsi"yə qarşı keçirəcəkləri cavab oyunundan danışıb. 

Bizim.Media klubun saytına istinadən xəbər verir ki, mütəxəssis növbəti mərhələyə adlamaq üçün əllərindən gələni edəcəklərini deyib:   

“Həmişə olduğu kimi motivasiyalıyıq. Bizi çox vacib yarışda vacib matç gözləyir. Mükəmməl oyun keçirməyi düşünürük. 90 dəqiqə ərzində hər şey ola bilər. Əlimizdən gələnin ən yaxşısını etməyə hazır olacağıq. Sona qədər mübarizə aparın və bütün gücünüzü ortaya qoyun. Yarımfinala yüksəlsək, bu o deməkdir ki, çox çalışmışıq. 
Tarix deyir ki, "Real" bu turnirin kralıdır. "Real" Çempionlar Liqasında hökmranlıq edir. Klub 14 kubok qazanıb və biz də növbəti qələbə ilə üzərimizə düşəni etməyə çalışacağıq”. 

Qeyd edək ki, "Çelsi" - "Real" oyunu aprelin 18-də keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.  

"Real" ilk oyunda evdə 2:0 hesabı ilə qalib gəlib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO