\

\"İnter\" Lukaku ilə bağlı QƏRARINI VERDİ 

Hazırda oxunan: \"İnter\" Lukaku ilə bağlı QƏRARINI VERDİ 

131299

"İnter"in "Çelsi"dən icarəyə götürdüyü hücumçu Romelu Lukakunu komandada saxlamayacaq. 

Bizim.Media xəbər verir ki, bu barədə "La Gazetta dello Sport" məlumat yayıb. 

Məlumata görə, Milan təmsilçisinin Lukaku ilə icarə müqaviləsini yeniləmək niyyəti yoxdur. Hücumçu mövsümün sonunda "Çelsi"yə qayıdacaq. "İnter" artıq bu qərarını "Çelsi"yə bildirib. London klubu isə forvard üçün yeni komanda axtarmağa başlayıb. 
Qeyd edək ki, belçikalı futbolçu bu mövsüm A Seriyasında 18 oyunda 3 qol vurub. Onun "Çelsi" ilə hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" oyunçunu 40 milyon avro dəyərində qiymətləndirir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO