İtaliya mətbuatı Musa Qurbanlıya 5 milyon avro qiymət qoydu

İtaliya mətbuatı Musa Qurbanlıya 5 milyon avro qiymət qoydu

Hazırda oxunan: İtaliya mətbuatı Musa Qurbanlıya 5 milyon avro qiymət qoydu

130742

İtaliya mətbuatı "Qarabağ"ın futbolçusu Musa Qurbanlının "Torino" klubuna mümkün keçidini şərh edib. 

Bizim.Media xəbər verir ki, "sportcafe24.com" saytı 21 yaşlı forvardın Turin klubu üçün riskli transfer ola biləcəyini yazıb.

Yazıda Qurbanlının İtaliya klubuna keçid ehtimalı 25 faiz olaraq göstərilib: 

“"Qarabağ"ın hücumçusu "Torino"ya keçməyə hazır istedaddır. Klub gələcəyi qurmaq üçün axtarışları davam etdirir. Qurbanlının dəyəri təxminən 5 milyon avrodur və o, skaut Vaqnatinin sürprizi ola bilər. Bu transferin reallaşması baş məşqçi İvan Yuriçə bağlıdır. O, Mbola Nzolanı və ya daha hazır bir hücumçunu istəyir, bu, aşkardır. Lakin Antonio Sanabriya satılsa, əlavə bir transfer də mümkündür". 
Qeyd edək ki, Musa Qurbanlı  bu mövsüm Premyer Liqada 20 qolla bombardirdir. Onun klubla müqaviləsi 2026-cı ilin yayına qədərdir. Hücumçunun "transfermarkt"da dəyəri 600 min avro göstərilib. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO