Rusiyalı milyonçunun oğlu Azərbaycan millisində oynamaq istəyir

Rusiyalı milyonçunun oğlu Azərbaycan millisində oynamaq istəyir

Hazırda oxunan: Rusiyalı milyonçunun oğlu Azərbaycan millisində oynamaq istəyir

130645

Rusiyanın “Ximki” klubunun futbolçusu Azərbaycan millisində oynamaq istəyir.  

Bizim.Media xəbər verir ki, İlya Sadıqov əslən Azərbaycandandır.  

O, klubun əsas himayədarı Tufan Sadıqovun oğludur.  İlya Azərbaycan millisində oynamaq niyyətindədir. Bunun üçün isə o, daim Rusiya Premyer Liqasında oynamaq istəyir.  

2000-ci il təvəllüdlü oyunçu hər zaman "Ximki"yə bağlı olan komandalarda çıxış edib. Premyer Liqa klubuna qədər o, "Olimp", "Olim-Ximki", “Olimp-Dolqoprudnıy” klublarının üzvü olub. 22 yaşlı futbolçunun “Ximki” ilə müqaviləsi 2024-cü il oyunun 30-na qədərdir.  
Hazırda Premyer Liqada qalmaq uğrunda mübarizə aparan Sadıqovun komandası 16 komanda arasında 15-cidir. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO