“Səbail” özbəkistanlı futbolçunu transfer edəcək

“Səbail” özbəkistanlı futbolçunu transfer edəcək

Hazırda oxunan: “Səbail” özbəkistanlı futbolçunu transfer edəcək

130564

Premyer Liqada qalmaq uğrunda mübarizə aparan “Səbail” məqsədinə çatacağı təqdirdə heyətini gücləndirəcək.  

Bizim.Media xəbər verir ki, paytaxt klubunun heyətinə cəlb etmək istədiyi futbolçulardan biri də Sərdar Sərdarovdur.  

Hətta komanda özbəkistanlı legioneri qışda transfer etmək istəyib. Amma sonda danışıqlar yarımçıq dayandırılıb. “Səbail” Premyer Liqadakı yerini qoruyub-saxlaya bilsə, 29 yaşlı futbolçunu yay təlim-məşq toplanışına cəlb ediləcək.  
“Anji”, “Ural”, “Krılya Sovetov”, “Slaviya”(Sofiya), “Yenisey”, “Krakoviya”, “İnter”(Zapreşiça), “Mezeköveşd”, “İstra”, “Aktobe”də oynamış Sərdarov qışda Özbəkistanın “Soqdiana” klubuna keçib. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO