Qurban Qurbanov ən böyük arzusunun gerçəkləşdiyini AÇIQLADI – VİDEO

Qurban Qurbanov ən böyük arzusunun gerçəkləşdiyini AÇIQLADI – VİDEO

Hazırda oxunan: Qurban Qurbanov ən böyük arzusunun gerçəkləşdiyini AÇIQLADI – VİDEO

130474

Peşəkar Futbol Liqası (PFL) “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun 51 yaşı tamam olması münasibətilə video hazırlayıb.

Bizim.Media xəbər verir ki, qısa filmdə təcrübəli mütəxəssislə yanaşı, böyük qardaşı Maarif Qurbanov, həmçinin, bir neçə yaxınının fikirlərinə yer verilib.

Qurban Qurbanovun anadan olduğu Zaqatala rayonunun Aşağı Tala kəndində olan PFL əməkdaşları onun həyatı ilə bağlı ailəsinin və qonşularının fikirlərini öyrəniblər.

Eyni zamanda, 51 yaşlı mütəxəssis özü də danışıb. O, ən böyük arzusunun artıq həyata keçdiyini söyləyib: 

“Son 4-5 ildə məndə bir arzu yaranmışdı ki, “Qarabağ”da olduğum müddətdə torpaqlarımızı geri qaytaraq. Bu həyata keçdikdən sonra yeni arzu haqda fikirləşməmişəm”.
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO