London derbisi TƏXİRƏ SALINDI 

London derbisi TƏXİRƏ SALINDI 

Hazırda oxunan: London derbisi TƏXİRƏ SALINDI 

130256

İngiltərə Premyer Liqasının 29-cu turunun "Arsenal" - "Çelsi" matçı təxirə salınıb. 

Bizim.Media xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb. 

Qarşılaşma aprelin 29-da keçirilməli və Bakı vaxtı ilə saat 20:30-da başlamalı idi.

"Arsenal"ın stadionunda bir neçə gün ərzində 2 mühüm matç keçiriləcək ki, bu da polislərin, təhlükəsizlik işçilərinin narahatlığına səbəb olub. Ona görə də sözügedən görüşün vaxtı dəyişdirilib. 

Aprelin 29-da “topçular”ın gənclərdən ibarət komandası kubokun finalında “Vest Hem”lə, mayın 1-də isə qadınlardan ibarət komanda Çempionlar Liqasının yarımfinalında “Volfsburq”la cavab oyunu keçirəcək. Premyer Liqadakı "Arsenal" - "Çelsi" matçı mayın 2-nə təxirə salınıb. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 
Qarşılaşmanın təxirə salınması qərarının Futbol Tərəfdarları Assosiasiyasının, həmçinin “Arsenal” və “Çelsi” tərəfdarları fondunun tənqidinə səbəb olduğu bildirilir. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO