“Mançester Siti” “Arsenal”ın təkliflərini rədd edəcək

“Mançester Siti” “Arsenal”ın təkliflərini rədd edəcək

Hazırda oxunan: “Mançester Siti” “Arsenal”ın təkliflərini rədd edəcək

130003

“Mançester Siti” “Arsenal”dan gələn təklifləri rədd edəcək. 

Bizim.Media xəbər verir ki, bu barədə “Football Insider” məlumat yayıb.  

Bildirilib ki, bundan əvvəl “Mançester Siti” Aleksandr Zinçenko və Qabriel Jesusu “Arsenal”a satmışdı. Klub bu mövsüm London təmsilçisinin uğurlu çıxışından sonra transfer siyasətinə yenidən baxmaq istəyir.

Yay transfer pəncərəsində "Mançester Siti" "Arsenal"dan gələn hər hansı təklifi rədd edəcək. 

Premyer Liqada 30 turdan sonra 73 xalla "Arsenal" turnir cədvəlinə başçılıq edir. “Mançester Siti” liderdən 6 xal geri qalır və ikinci yerdədir. Ancaq klubun ehtiyatında 1 oyun var. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO