“Kəpəz” növbəti oyunları Gəncədə oynamayacaq – PFL-dən AÇIQLAMA 

“Kəpəz” növbəti oyunları Gəncədə oynamayacaq – PFL-dən AÇIQLAMA 

Hazırda oxunan: “Kəpəz” növbəti oyunları Gəncədə oynamayacaq – PFL-dən AÇIQLAMA 

129931

"Kəpəz" Premyer Liqada növbəti iki ev oyununu Gəncədə keçirməyəcək.  

Bizim.Media xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidməti məlumat yayıb.

Gəncə şəhər stadionunun ot örtüyünün vəziyyəti Azərbaycan Premyer Liqasının oyunlarını qəbul etmək üçün yararlı olmaması ilə əlaqədar Peşəkar Futbol Liqası “Kəpəz” klubunun müraciət və təsdiq məktubunu nəzərə alaraq aprel ayının əvvəlcədən açıqlanan təqvimində aşağıdakı dəyişikliklər edilib: 

15 aprel 

“Kəpəz”  - “Turan Tovuz” 

Qəbələ şəhər stadionu, 16:00 (CBC Sport/canlı) 

29 aprel 

“Kəpəz” – “Sumqayıt” 

Qəbələ şəhər stadionu, 16:00 (CBC Sport/canlı) 

Qeyd: Renovasiya işlərinə Peşəkar Futbol Liqası tərəfindən baxış keçirildikdən sonra “Kəpəz” klubunun 33-cü turdan sonrakı ev oyunlarının Gəncədə keçirib-keçirməyəcəyinə yekun qərar veriləcək. 

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO