Azərbaycan Premyer Liqasında bu gün 2 matç olacaq

Azərbaycan Premyer Liqasında bu gün 2 matç olacaq

Hazırda oxunan: Azərbaycan Premyer Liqasında bu gün 2 matç olacaq

129747

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIX tura yekun vurulacaq.

Bizim.Media xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma keçiriləcək.

Günün ilk matçında "Turan Tovuz" komandası "Şamaxı"nı qəbul edəcək.

Hazırda Tovuz təmsilçisi 28 xalla turnir cədvəlində altıncı, “Şamaxı” isə 20 xalla sonuncu – onuncu pillədə qərarlaşıb. Matça saat 16:00-da start veriləcək.

Turun son oyununda lider "Qarabağ" və "Kəpəz" üz-üzə gələcəklər. Ağdam təmsilçisi 74 xalla turnir cədvəlinə başçılıq edir. Hesabında 25 xal olan “Kəpəz” isə yeddinci sırada qərarlaşıb. Oyun saat 18:30-da başlayacaq.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Qəbələ" evdə "Zirə"ni , "Səbail" "Sabah"ı 2:1, "Neftçi" isə səfərdə "Sumqayıt"ı 4:0 hesabı ilə məğlub edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO