“Neftçi” “Sumqayıt”ı darmadağın etdi

“Neftçi” “Sumqayıt”ı darmadağın etdi

Hazırda oxunan: “Neftçi” “Sumqayıt”ı darmadağın etdi

129698

Misli Premyer Liqasında 29-cu turun oyunları keçirilir.  

Bizim.Media xəbər verir ki, bu gün daha bir qarşılaşma baş tutub.  

Günün sonuncu matçında “Neftçi” səfərdə “Sumqayıt”la qarşılaşıb. “Ağ-qaralar” səfərdə darmadağınla qalib gəliblər.  

Xatırladaq ki, ilk oyun günündə “Qəbələ” “Zirə”yə 2:1 hesabıyla qalib gəlib. Bu gün baş tutan ilk oyunda isə “Səbail” “Sabah”ı 2:1 hesabı ilə yenib.  

Tura sabah keçiriləcək “Qarabağ” – “Kəpəz” və “Turan Tovuz” – “Şamaxı” oyunları ilə yekun vurulacaq.  

Misli Premyer Liqası XXIX tur 8 aprel  

“Sumqayıt” – “Neftçi” 0:4  

Qol: V.Stankoviç, 7. S.M.Kolli, 64. İ.Zülfüqarlı, 83. K.Lebon, 85. 

Hakimlər: Rauf Allahverdiyev, Zeynal Zeynalov, Cavanşir Yusifov, Əli Əliyev.  

“Sumqayıt Arena”, 20:00. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO