"Çelsi" Alonsonun namizədliyini nəzərdən keçirir

Hazırda oxunan: "Çelsi" Alonsonun namizədliyini nəzərdən keçirir

129364

"Çelsi " 2023/2024 mövsümündən baş məşqçi postuna namizədlər sırasında Xabi Alonsonu nəzərdən keçirir. 

Bizim.Media "The Guardian"a istinadən xəbər verir ki, London klubunun rəhbərliyi Alonsonun "Bayer"dəki işinə heyran olub. 

Bununla belə, məşqçilik karyerasının hazırkı mərhələsində ispan mütəxəssisin "Çelsi"yə təyin olunacağı ehtimalı azdır. Çünki "Bayer Leverkuzen"dəki iş onun baş məşqçi kimi ilk təcrübəsidir.  

Xabi Alonso bundan əvvəl "Real Sosyedad"ın  B və "Real"ın gənclər komandasını çalışdırıb. İspan məşqçi 2022-ci ilin oktyabrından "Bayer"də çalışır. Leverkuzen təmsilçisi hazırda 26 oyundan sonra 40 xalla Bundesliqada 7-ci yerdədir. 
Xatırladaq ki. bu gün "Çelsi” müvəqqəti baş məşqçi təyinatı ilə bağlı rəsmi açıqlama yayıb. 2022/2023 mövsümünün sonuna qədər komandanı Frenk Lempard çalışdıracaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO