"Olimpiakos"un çalışdırıcısı istefa verdi

Hazırda oxunan: "Olimpiakos"un çalışdırıcısı istefa verdi

128743

"Olimpiakos"un baş məşqçisi Miçel Qonsales klubdan ayrılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.  

Məlumata görə, 60 yaşlı mütəxəssis özü belə qərar qəbul edib. O, istefası ilə əlaqədar bunları deyib:

"İstefa qərarım barədə klujb rəhbəliyinə məlumat verdim. Hər kəsə təşəkkür edirəm. "Olimpiakos"a hədəflərinə çatmasını arzulayıram". 

Qeyd edək ki, Miçel Qonsales 2022-ci ildən "Olimpiakos"u çalışdırırdı. O, bu mövsüm komandanı Avropa Liqasında "Qarabağ"la matçlara da çıxarıb. Yunanıstandakı  oyun "Qarabağ"ın 3:0 hesablı qələbəsi ilə başa çatıb, Bakıdakı matçda isə qolsuz heç-heçə qeydə alınıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO