“Şamaxı”- “Qarabağ” oyununda açılan banner niyə yığışdırılıb? – RƏSMİ AÇIQLAMA

“Şamaxı”- “Qarabağ” oyununda açılan banner niyə yığışdırılıb? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: “Şamaxı”- “Qarabağ” oyununda açılan banner niyə yığışdırılıb? – RƏSMİ AÇIQLAMA

128688

Misli Premyer Liqasının 28-ci turu çərçivəsində baş tutan “Şamaxı” – “Qarabağ” oyunu öncəsi maraqlı olay yaşanıb. Belə ki, görüşdən əvvəl tribunadakı yerli azarkeşlərdən biri tərəfindən açılan bannerlə bağlı oyuna təyinat alan AFFA nümayəndəsi tərəfindən klub və stadionda olan polis əməkdaşları məlumatlandırılıb. Nəticədə banner azarkeşin əlindən alınıb.

Baş vermiş insidentlə bağlı Peşəkar Futbol Liqası ilə əlaqə saxladıq. Liqanın media və marketinq direktoru Sənan Abdullayev Bizim.Media-ya bildirib ki, hər bir klubun azarkeşlərlə iş üzrə nümayəndəsi var:
 

MÖVZU İLƏ BAĞLI:

“Qarabağ” dünya reytinqində 3 pillə GERİLƏDİ


“Belə məqamlarda, adətən azarkeşlər onlarla əlaqə qururlar və bu barədə PFL-ə məlumat verirlər. Ümumilikdə, digər ölkələrdə olduğu kimi Azərbaycanda da bannerlər və pankartların açılışı zamanı dini, irqi ayrı-seçkiliyə dəstək verən, eləcə də siyasi məqsədli şüarlara qadağa qoyulur. Təcrübədə yalnız baş hərflərdən ibarət olan, amma təhqir ifadə edən pankartlar da olub. 

Bildiyiniz kimi, oyunun keçirilməsinin rəhbəri AFFA nümayəndəsi olur.

O, bu oyunda açılan bannerin də qadağan olunmuş kateqoriyaya aid olduğunu düşünüb və bu cür addım atıb. Məsələ tərəfimizdən araşdırılır və əməkdaşımız bununla bağlı AFFA nümayəndəsi ilə məsələni aydınlaşdırır".

Məsələni diqqətdə saxlayacağıq.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO