AFFA “Sumqayıt”ın futbolçusunu cəzalandırdı

AFFA “Sumqayıt”ın futbolçusunu cəzalandırdı

Hazırda oxunan: AFFA “Sumqayıt”ın futbolçusunu cəzalandırdı

128668

AFFA İntizam Komitəsinin iclası keçirilib.  

Bizim.Media xəbər verir ki, toplantıda Premyer Liqanın XVIII turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib: 

“Turan Tovuz” – “Sumqayıt” oyununda “Sumqayıt” klubunun futboçusu Vüqar Mustafayev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, klub 1600 manat cərimə edilir. 
“Kəpəz” – “Səbail” oyunu başa çatdıqdan sonra meydançaya kənar şəxslərin daxil olmasına görə “Kəpəz” klubu 1600 manat cərimə edilir. 

“Sabah” – “Qəbələ” oyunundan əvvəl meydançaya kənar şəxslərin daxil olmasına görə “Sabah” klubu 1600 manat cərimə edilir. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO