Azərbaycanlı futbolçular Türkiyədə legioner sayılmayacaq

Azərbaycanlı futbolçular Türkiyədə legioner sayılmayacaq

Hazırda oxunan: Azərbaycanlı futbolçular Türkiyədə legioner sayılmayacaq

127699

"Qalatasaray" türk dövlətlərindən olan futbolçuların Super Liqada legioner sayılmaması üçün Türkiyə Futbol Federasiyasına təklif göndərəcək.  

Bizim.Media xəbər verir ki, bu barədə "Habertürk" nəşri məlumat yayıb.  

"Sarı-qırmızılar" yaxın zamanda TFF-yə rəsmi şəkildə müraciət edəcək. Bir müddətdir bu məsələ ilə bağlı işlər görən İstanbul təmsilçisi TFF-yə Portuqaliya ilə Braziliya arasında olan münasibətləri nümunə göstərəcək.  
Braziliya və Portuqaliya arasında olan razılığa əsasən, hər iki ölkənin vətəndaşları bir-birinə viza almadan gedir, iş izni almadan rahat şəkildə işləyə bilirlər. Bu anlaşma yüzlərlə futbolçuya da şamil edilir.  

Türkiyə Futbol Federasiyası "Qalatasaray"ın təklifini qəbul etsə, azərbaycanlı futbolçular bu ölkədə yerli statusu ilə oynaya biləcəklər. 

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO