“Araz Naxçıvan” “Neftçi”nin qapıçısını transfer etmək istəyir 

“Araz Naxçıvan” “Neftçi”nin qapıçısını transfer etmək istəyir 

Hazırda oxunan: “Araz Naxçıvan” “Neftçi”nin qapıçısını transfer etmək istəyir 

126698

Növbəti mövsüm Premyer Liqaya gələcəyi gözlənilən "Araz Naxçıvan" “Neftçi”nin üzvünü heyətə cəlb etmək istəyir.  

Bizim.Media xəbər verir ki, söhbət qapıçı Aqil Məmmədovdan gedir.  

Xorvatiyalı İvan Brkiçin gəlişindən sonra əsas heyətdəki yerini itirən Məmmədovun Naxçıvan klubuna keçidi real görünür.  

Ancaq əslən naxçıvanlı olan qolkiperin “Neftçi” ilə müqaviləsinin olması bu keçidə yeganə maneədir. Məhz bu səbəbdən də birinci division təmsilçisi təcrübəli qapıçını icarəyə götürmək istəyir.  
Qeyd edək ki, hazırda birinci divizionun vahid lideri olan “Araz Naxçıvan” Premyer Liqaya vəsiqə qazanmağa əsas namizəddir. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO