Messi

Messi "Qızıl top" reytinqində LİDERLİK EDİR

Hazırda oxunan: Messi "Qızıl top" reytinqində LİDERLİK EDİR

126592

Goal.com portalı 2023-cü il üzrə "Qızıl top" uğrunda namizədlərin şəxsi reytinqinin yenilənmiş versiyasını dərc edib.

Bizim.Media xəbər verir ki, siyahıda birinci yeri "Pari Sen-Jermen" forvardı, argentinalı Lionel Messi tutur. 

İkinci yerdə "Mançester Siti" hücumçusu norveçli Erlinq Holand, üçüncü yerdə isə Messi ilə eyni klubda oynayan, əvvəlki reytinq versiyasında ikinci yer tutan Kilian Mbappe dayanır.

Top 10-luğa, həmçinin, Viktor Osimhen ("Napoli"/Nigeriya), Vinisius Junior ("Real"/Braziliya), Xviça Kvaratsxeliya ("Napoli"/Gürcüstan), Markus Reşford ("Mançester Yunayted"/İngiltərə), Robert Levandovski ("Barselona"/Polşa), Kazemiro ("Mançester Yunayted"/Braziliya), Bukayo Saka ("Arsenal"/İngiltərə) daxildir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO