“Spartak”ın keçmiş kapitanının Azərbaycan klubuna keçidi niyə baş tutmayıb?

“Spartak”ın keçmiş kapitanının Azərbaycan klubuna keçidi niyə baş tutmayıb?

Hazırda oxunan: “Spartak”ın keçmiş kapitanının Azərbaycan klubuna keçidi niyə baş tutmayıb?

126545

Rusiya millisinin və "Spartak"ın sabiq kapitanı Denis Qluşakov karyerasını Azərbaycan Premyer Liqasında davam etdirməyə yaxın olub.  

Bizim.Media xəbər verir ki, təcrübəli futbolçu klublarımıza təklif olunub.  

Hətta Qluşakov özü də Azərbaycan çempionatında oynamağa razılıq verib. Lakin onun klublarımızdan birinə keçidi baş tutmayıb.  

Səbəb isə maliyyə deyil. Belə ki, təmsilçilərimiz Qluşakovun yaşının çox olmasını əsas gətirərək onun keçidində maraqlı olmayıblar.  

“Lokomotiv”(Moskva), “Spartak”(Moskva), “Axmat”, “Ximki” klublarında oynamış 36 yaşlı futbolçu hazırda “Nijni Novqorod”un futbolçusudr. O, bu mövsüm 15 oyunda meydana çıxıb və bir məhsuldar ötürmə edib. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO