Konfrans Liqasında 1/8 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
Bizim.Media UEFA-nın saytına istinadən xəbər verir ki, bu, "Gent"dən Gift Emmanuel Orban olub.
MÖVZU İLƏ BAĞLI:
"Qarabağ"ı mübarizədən kənarlaşdıran “Gent” “Başakşehir”i də UDDU
20 yaşlı hücumçu Niderlandın AZ komandasından Yesper Karlsson, Belçika "Anderlext"indən Bart Verbruggen və İngiltərənin "Vest Hem" klubundan Carrod Boueni qabaqlayıb.
Gift "Başakşehir"lə cavab oyununun (4:1) 31, 32 və 34-cü dəqiqələrdə fərqlənməklə 3 dəqiqə 25 saniyəyə het-trik edib. Bu, UEFA-nın bayrağı altında keçirilən klub turnirlərində ən sürətli het-trik kimi qeydə alınıb.
Qeyd edək ki, "Qarabağ" Konfrans Liqasının pley-off mərhələsində məhz "Gent"ə penaltilərlə uduzaraq mübarizəni dayandırıb. Cavab görüşündəki yeganə qolu da məhz Orban vurub.
Bizim.Media