Aprelin 15-dən 23-nə qədər İrəvanda Ağır atletika üzrə Avropa çempionatı keçiriləcək.
Bizim.Media xəbər verir ki, yarışda Azərbaycan idmançılarının da iştirakı nəzərdə tutulub.
Belə ki, Azərbaycan Ağır Atletika Federasiyası qitə çempionatında idmançılarımızın iştirakını təsdiqləyib. Ancaq yığmamızın yarışda iştirakı təhlükəsizlik məsələlərinin tam həllindən asılıdır.
Mövzu ilə bağlı Bizim Media-ya açıqlama verən Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat xidmətinin rəhbəri Kənan Məstəliyev Avropa çempionatında iştirakla bağlı prosedur qaydaları üçün yaxın günlərdə təmasların başlanacağını dedi:
“Azərbaycan Ağır Atletika Federasiyası olaraq yığma komandamızın Ermənistanda keçiriləcək Avropa çempionatında iştirakını Avropa Ağır Atletika Federasiyasına sifarişlərin qəbulu üzrə onlayn sistemində təsdiqləmişik. Turnirdə iştirak etmək niyyətindəyik. Sadəcə, prosedur qaydalarına riayət və təmin olunması üçün təmaslar başlamalıdır. Bu proses isə hələ başlamayıb, yaxın günlərdə ediləcək. Əlavə məlumat olduqca ictimaiyyətə məlumat veriləcək”.
Qeyd edək ki, Azərbaycan idmançılarından indiyə qədər Ermənistanda keçirilən yarışlarda cüdo komandamız iştirak edib.
2009-cu ildə İrəvanda təşkil olunan gənclərin Avropa çempionatında Elmar Qasımov qızıl medal qazanaraq erməni azarkeşlər qarşısında himnimizi səsləndirərək, üçrəngli bayrağımızı dalğalandırmışdı.
Rəşad Rafiqoğlu, Bizim.Media
![Atletlərimiz İrəvana gedir - Federasiya Atletlərimiz İrəvana gedir - Federasiya](https://bizim.media/file/articles/2023/03/17/1679047674_1.jpg)
- A-
- A
- A+
İdman
14:10 / 17.03.2023
Atletlərimiz İrəvana gedir - Federasiya
Hazırda oxunan: Atletlərimiz İrəvana gedir - Federasiya
Hazırda oxunan: Atletlərimiz İrəvana gedir - Federasiya
126071
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.