"Başakşehir" "Gent"ə uduzdu, mübarizəni dayandırdı

Hazırda oxunan: "Başakşehir" "Gent"ə uduzdu, mübarizəni dayandırdı

125753

Bu gün Konfrans Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start verilib. 

Bizim.Media xəbər verir ki, ilk oyun günündə bir görüş keçirilib. 

Pley-off mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran Belçika "Gent"i Türkiyənin "Başakşehir" klubunun qonağı olub. Matçda "Gent" 4:1 hesablı qələbə qazanıb. Komandalar arasındakı ilk oyunda 1:1 hesablı bərabərlik qeydə alınıb. İki oyunun cəmində "Gent" 1/4 finala adlayıb. 
1/8 finalın digər cavab görüşləri martın 16-da olacaq. 

15 mart 

UEFA Konfrans Liqası 

1/8 final, cavab oyunları 

21:00. "Başakşehir" (Türkiyə) - "Gent" (Belçika) - 1:4 

Qollar: Yanuzay, 88 - Gift Orban, 31, 32, 34, Kuypers, 37 

İlk oyun - 1:1 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO