"Çelsi" - "Borussiya" oyunu niyə gec başlayıb?

Hazırda oxunan: "Çelsi" - "Borussiya" oyunu niyə gec başlayıb?

124327

Çempionlar Liqasının 1/8 final mərhələsinin "Çelsi" - "Borussiya" (Dortmund) cavab oyunu nəzərdə tutulduğundan 10 dəqiqə gec başlayıb.

Bizim.Media "Mirror"a istinadən xəbər verir ki, görüş Bakı vaxtı ilə saat 00:00-da start götürməli olsa da, saat 00:10-da başlayıb.

Buna səbəb Dortmund "Borussiya"sının futbolçularını daşıyan avtobusun "Çelsi"nin ev oyunlarını keçirdiyi stadionu "Stemford Bric"ə gedərkən tıxaca düşməsi olub.

Xatırladaq ki, bu komandalar arasında ilk görüş “Borussiya”nın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu Kərim Adeyemi vurub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO