Braziliya klubu səhv etdi – 340 mini başqasının hesabına köçürdü

Braziliya klubu səhv etdi – 340 mini başqasının hesabına köçürdü

Hazırda oxunan: Braziliya klubu səhv etdi – 340 mini başqasının hesabına köçürdü

124317

Braziliyanın “Flamenqo” klubu səhvən 340 min avronu başqa adamın hesabına köçürüb.

Bizim.Media xəbər verir ki, klub “Vulverhempton”da çıxış edən Joau Qomesə pul köçürməli olub, lakin onlar məbləği basketbolçu Joau Qomesin hesabına göndəriblər.

O, əvəllər “Flamenqo”nun basketbol klubunun formasını geyinib, sonralar isə həvəskarlar liqasına yollanıb. Qomes hesabında 340 min avro pul olduğunu gördükdə xeyli qorxuya düşüb.

Qomesə deyiblər ki, möhtəkirlər onun hesabından “çirkli” pulların yuyulması üçün istifadə edə bilərlər. “Flamenqo” yalnız 4 gündən sonra səhvini anlayıb və hesabı dondurub.

Qeyd edək ki, futbolçu Joau Qomes “Vulverhempton”a bu il yanvarın sonunda keçib. Onun müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO